Bu gün Azərbaycanda bayram günüdür. Müstəqillik günüdür. Ən əziz bayramdır. Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır. Bütün qonaqları səmimiyyətlə salamlayıram.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Teknofest Azərbaycan festivalında çıxışı zamanı deyib.
Dövlət başçısı xatırladıb ki, 104 il əvvəl müsəlman aləmində ilk Xalq Cümhuriyyət quruldu və iki ildən sonra süqut etdi:
“Azərbaycan öz müstəqilliyini itirmişdi. Yalnız 90-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu otuz il ərzində bizim yanımızda daim türk qardaşlarımız olub”.
Gununsesi.info