Qardaşlar avto qəzaya düşdü

  • By admin
  • 01 Sentyabr 2016 10:30

qeza

Tovuzda maşın toqquşdu 3 nəfər xəsarət aldı, onlardan 2-si qardaşdı.

Gununsesi.info xəbər verir ki, hadisə gecə saatlarında Tovuz -Böyük Qışlaq-Qaralar avtomobil yolunun Bayramlı kəndindən keçən hissəsində qeydə alınıb. Qovlar sakini 42 yaşlı Müşviq Əliyevin idarə etdiyi “Niva”, Bayramlı kənd sakini 30 yaşlı Məsim Ələsgərovun sürücüsü olduğu “Vaz 21-07” ilə toqquşub. Qəza zamanı hər iki sürücü və “Vaz 21-07”-nin sərnişini 24 yaşlı Əlixan Ələsgərov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Hadisənin baş vermə səbəbini Tovuz polisi araşdırır.

Gununsesi.info