Tovuz rayonunda silahlı insident baş verib.
Gununsesi.info xəbər verir ki, 1997-ci il təvəllüdlü Ülvi İsayev adlı şəxs bibisi, 1961-ci il təvəllüdlü Məlahət İsayevanı odlu silahla qətlə yetirib.
Hadisə rayonun Əlimərdan kəndinin ərazisində yerləşən fermada qeydə alınıb.
İlkin məlumata görə, əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (“Report”)











