Qaribaşvili: “Qafqazda sülhün qorunmasında həlledici rol oynamağa hazırıq”

  • By admin
  • 19 Fevral 2023 13:29

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qafqazda sülhün qorunmasından danışıb.

Gununsesi.info “Sputnik Georgia”ya istinadən xəbər verir ki, Qaribavşili bu barədə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində görüşdən sonra söz açıb.

“Gürcüstan Cənubi Qafqazda sülhün qorunmasında həlledici rol oynamağa hazırdır”, – deyə o söyləyib.

Gununsesi.info