Qarın əridən və yağ yandıran Pəhriz

  • By admin
  • 06 Aprel 2021 22:51

Dadlı yeməkləri, ləziz şirniyyatları, meyvə sularını süfrədə görəndə çox vaxt özümüzü saxlaya bilmirik. “3 günlük dünyadır” bəhanəsi ilə ən dadlı təamların dadına baxırıq. Lakin bu 3 günlük dünyanı yekə qarınla başa vurmaq heç də parlaq fikir deyil. Yaxşı ki, pəhriz və idmanla qarında toplanmış xoşagəlməz yağları əritmək mümkündür.

Gununsesi.info publika.az-a istinadən türkiyəli diyetoloq Tuçə Altan Bahçənin qarın əridən pəhriz reseptini təqdim edir.

Qarın yağları estetik bir problem olmaqdan əlavə, sağlamlığımız üçün də ciddi təhlükələr yaradır. Tuçə Altan yağlanmanı azaldan qidalar və qarın əridən pəhriz proqramı haqqında lazımlı  məlumatlar verib. Onun sözlərinə görə, bel ətrafındakı piylənmə tiroid xəstəlikləri, insulin müqaviməti, hipoqlisemi kimi bir çox sağlamlıq problemindən qaynaqlanır. Aparılan tədqiqatlar qarın yağlarının diabet, xolesterin, təzyiq, ürək xəstəliklərinə tutulma riskini xeyli artırdığını göstərir. Maddələr mübadiləsinin ləng işləməsi, bədəndəki hormonal dəyişikliklər, genetik faktorlar və stress də piylənmənin ən mühüm səbəbləri sırasındadır.

Yağlanmanı azaldan qidalar:

Lif miqdarı yüksək olan qidalar qarın ətrafındakı yağların azalmasını təmin edir. Həzm sisteminizin yaxşı işləməsi qarın şişkinliyini də azaldacaq.

İspanaq

Yaşıl çay

Kələm

Qatıq

Alma

Yulaf

Darçın

Mərci

Alma sirkəsi

Qarın əridən pəhriz resepti

Səhər yeməyi

2 stəkan limonlu su

1 ədəd qaynamış yumurtanın ağı

2 yemək qaşığı kəsmik və ya pendir

Yarım çay qaşığı pul bibər

1 dilim qara şörək

1 kasa cəfəri salatı

11:00-dan 12:00

2 stəkan limonlu su

2 dilim ananas

1 fincan yaşıl çay (şəkərsiz)

Günorta yeməyi

2 stəkan limonlu su

1 kasa pərpərən salatı (1 çay qaşığı alma sirkəsi ilə)

5 yemək qaşığı zeytun yağlı balqabaq yeməyi (susuz)

15:00-dan 17:00-a qədər

2  stəkan limonlu su

1 ədəd dilimlənmiş darçınlı alma

1 stəkan az yağlı qatıq

1 fincan mete çayı

Axşam yeməyi

2 stəkan limonlu su

100 qram qızardılmış kəklikotulu toyuğun döş əti

1 kasa kələm salatı (1 çay qaşığı alma sirkəsi ilə)

20:00-dan 22:00-a qədər

2 stəkan limonlu su

7-8 ədəd badam (duzsuz)

1 fincan jasminli cökə çayı (şəkərsiz)

Pəhrizi 10 gün saxlaya bilərsiniz.

Gununsesi.info