Qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzə müraciət edib.
Bu barədə Gununsesi.info -ya TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, mərkəz həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib:
“Son 2 gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. 14-15 yanvarda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər təcili yardıma müraciət edib.
Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstədildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar”.
Gununsesi.info–