Qarlı havaya baxmayaraq ekoaksiya 75 gündür davam edir - VİDEO

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiya artıq 75 gündür davam edir.

Gununsesi.info xəbər verir ki, aksiya iştirakçıları səhəri qarlı havada Azərbaycan Dövlət Himinin səsləndirilməsi ilə açıblar.

HTML tutorial

Qeyd edək ki, etirazçılar faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin aparılması üçün mübarizə aparırlar.

Gununsesi.info