Qarnında öz əkizi ilə doğuldu – Nadir hadisə

  • By admin
  • 01 Avqust 2017 21:26

1583520940x531jpg-21-02-38
Hindistanın Mumbra şəhərində yeni doğulan körpənin qarnında əkizi aşkarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər uşağı müayinə edərkən körpənin qarnında qeyri-adi kütlələr görüblər.

Daha detallı müayinədən sonra kütlənin inkişafdan qalmış cənin olduğu məlum olub. Əməliyyatdan sonra cənin körpənin qarnından götürülüb. Körpənin səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, nadir görülən bu hadisəyə tibb tarixində cəmi 200 dəfə rast gəlinib.

Gununsesi.info