Qarpızın içindən çıxan hər kəsi təəccübləndirdi - VİDEO

  • By admin
  • 18 İyul 2017 18:50

596e1f39bf509_qarpiz

Qarpızı kəsir, içindəki su qaynayaraq çölə çıxır. Bu proses bir neçə dəqiqə davam etdikdən sonra dayanır. Sosial şəbəkələrdə yayılan bu görüntülər izləyənlərin marağına səbəb olub.

Gununsesi.info-nun məlumatına görə, görüntülər Bakıda qeydə alınıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu halın vətəndaşa satılan qarpızın xarab olması ilə əlaqədar olduğunu deyir.

Qarpız satanlar isə buna səbəb kimi həmin qarpızın tarladan gec yığılması və köklərinin yanması ilə əlaqədar olduğunu deyirlər. Onların sözlərinə görə, qarpız alarkən onun saplağına fikir vermək lazımdır.

Dövlət Fitosanitar Nəzarəti Xidmətindən isə bildirildi ki, əgər vətəndaşlar belə hallarla qarşılaşırlarsa, 16-52 çağrı mərkəzinə müraciət edə bilərlər. Bu halda qarpızın satıldığı yerdən nümunə götürülərək analiz aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Gununsesi.info