Qarsda Rus çarının tikdirdiyi “Katerina köşkü” - FOTOLAR

  • Müəllif: admin
  • 18 Oktyabr 2017 11:40

1675776_97db582d2640ec174f97333435b90245_640x640

Türkiyənin Qars əyalətinin Sarıqamış rayonunda Rus çarı II Nikolay tərəfindən tarixi “Katerina köşkü” yenidən təmir olunaraq turistlərin ixtiyarına veriləcək.

Gununsesi.info xəbər verir ki, “Katerina köşkü”nün butik otel olaraq fəaliyyət göstərməsi planlaşdırılır.

“Katerina köşkü” 1896-cı ildə Rusiya- Osmanlı müharibəsi zamanı Osmanlının şərqi Anadolunu işağalından sonra tikilib. Qeyd edək ki, həmin müharibədən sonra bu torpaqlar 40 il rusların işğalı altında qalıb. İndi dağılmış vəziyyətdə olan “Katerina köşkü” restovrasiya edildikdən sonra ov evi kimi fəaliyyət göstərəcək.

“Katerina köşkü” Baltik memarlıq üslubu əsasında tikilib. Belə ki, binanın bir hissəsi şam ağaclarından, digər bir hissəsi isə daşdan hörülüb. Bina yararsız hala düşsə də, öz memarlıq üslübunu qoruyub saxlaya bilib.

Qars valisi Rəhmi Doğan “Anadolu” agentliyinə açıqlamasında deyib ki,  “Katerina köşkü” son illərdə turistlərin maraq dairəsinə səbəb olduğundan, daha çox turistin buraya cəlb ediməsi məqsədi ilə bina yenidən təmir olunacaq.

Tarixi binanın butik bir otel kimi restovrasiya edilməsi planlaşdırılır.

1675776_e6507d84cd182ac200ef2cc8b1339030_640x640

1675776_db16a47d58efa350cb7585b7e6f9e727_640x640

1675776_b7bd8a71da99696d98d1ff073d2432a1_640x640

1675776_2798bfe0a35c9ad8f52fd07be5854e91_640x640

1675776_59b35f20ff3eb3407cc014590485ff91_640x640

1675776_27d515428374c02f9b3e57f249e8c039_640x640

1675776_1ed87eb538bd4a59592f456ee886cba7_640x640

Gununsesi.info