Qarşıdakı illərdə paytaxtın yükünü azaltmaq mümkündür - DEPUTATIN TƏKLİFLƏRİ VAR

  • By admin
  • 18 Yanvar 2023 11:36

“Bakıda yaranmış sıxlıq hər gün hamının yaşadığı problemdir. Bu artıq hər birimizin qayğısına çevrilib. Bakının yükünün azaldılması son 3-4 ildə müzakirə olunur. Yəqin ki, hökumət qarşıdakı dövrlərdə bunun üçün addımlar atacaq”.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev paytaxtdakı sıxlığın insanların gündəlik həyatına yaratdığı probləmlərdən danışıarkən deyib.

Millət vəkili bildirib ki, bir sıra ölkələrdə paytaxtın yükünün azaldılması üçün müxtəlif layihələr həyata keçirilib: “Amma hər bir  ölkənin özünəməxsus özəllikləri var. Mən hesab edirəm ki, Qarabağda və  işğaldan azad olunmuş ətraf rayonlarda məskunlaşma ilk növbədə elə paytaxın yükünün azaldılmasına xidmət edəcək.  Bilirsiniz ki, paytaxtda məcburi köçkünlərin sayı olduqca çoxdur”. 

Naqif Həmzəyev, həmçinin hesab edir ki, regionların inkişafı proqramları ilə ilə yanaşı təhsil və idarəçilik sahələrində də  bölgələrə üstünlük vermək mümkündür:” Söhbət bəzi nazirliklərin, dövlət qurumlarının, təhsil müəssisələrinin Gəncə kimi iri şəhərlərə köçürülməsindən gedir. Gənclərin bölgələrdə qalıb işləməsi üçün yeni sənayeə müəssisələrini də  regionlarda qurmaq mümkündür. Bu gün Gəncə və ətraf rayonlarda demək olar ki, əsas inşaat materialları paytaxtdan və Sumqayıtdan gəlir. Bunları etməklə paralel olaraq, gənc ailələrə regionlarda mənzil alması, biznes qurması üçün ciddi güzəştlərlə kreditlər vermək olar”. 

 

Elmar Elnuroğlu

Gununsesi.info