QARŞIDURMA: İsrailli nazir Amerikaya qəzəbləndi – Bizə əxlaq dərsi verə bilməzsiniz

  • By admin
  • 28 Avqust 2023 20:52

İsrailin radikal sağçı Maliyyə Naziri Bezalel Smotriç Əfqanıstan və İraq işğallarında “ikiüzlülük” ilə ittiham etdiyi Amerika iqtidarının əxlaq və insan haqları mövzusunda ölkəsinə dərs verə bilməyəcəyini söyləyib

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Smotriç İsrailin Ordu Radiosuna açıqlamasında Vaşinqton rəsmilərin fələstinlilərə yönələn pozuntularla bağlı İsrail hökumətinə yönəltdiyi tənqidləri dəyərləndirib.

Radikal sağçı və Dini Sionizm Partiyasının başçısı Smotriç çıxışında İsrailin radikal Milli Təhlükəsizlik Naziri Itamar Ben-Qvirin fələstinlilərə yönələn irqçi sözlərinə qarşı Amerika iqtidarının qınaqlarına sərt sözlərlə etiraz edib.

Amerikanın Əfqanıstan və iraq işğallarındakı hüquq pozuntularına işarə edən Smotriç “Dünyada bizə hücum çəkən hər kəs ikiüzlüdür”, söyləyib.

Smotriç “Amerikalılardan və onların İraq və Əfqanıstanda nələr etdiklərindən danışmayacam. Bizə əxlaq və ya insan haqları mövzusunda dərs verə bilməzlər. Bu, görməzdən gəlinməyəcək bir ikiüzlülükdür”, deyib.

 

Radikal sağçı və Dini Sionizm Partiyasının başçısı Smotriç Səudiyyə Ərəbistanı ilə normallaşmaq üçün Fələstinə güzəşt etməyəcəklərini bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info