Qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

  • By admin
  • 13 Sentyabr 2016 13:15

atet

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

HTML tutorial

Müdafiə Nazirliyindən Gununsesi.info-ya bildirilib ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Gennadi Petriça və Xristo Xristov keçirəcəklər.

Gununsesi.info