Qarşılaşacağımız hər problemi, çətinliyi, böhranı aradan qaldırmaq iqtidarındayıq - ƏRDOĞAN

  • By admin
  • 17 Aprel 2017 07:22

Turkish President Tayyip Erdogan casts his ballot at a polling station during a referendum in Istanbul, Turkey, April 16, 2017. REUTERS/Murad Sezer

Referendumun nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirəm.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Səsvermədə fəal iştirak etdiyinə görə türk xalqına təşəkkür edən Prezident Ərdoğan bildirib :

“Bu, tarixi hadisədir. Bu gün 200 illik sistemin dəyişdirilməsi barədə tarixi qərarın verildiyi gündür. Bu dəyişikliklərə “hə” deyənlərə minnətdarlığımı bildirirəm”.

“Biz qarşılaşacağımız hər problemi, çətinliyi, böhranı aradan qaldırmaq iqtidarındayıq. Bunun bariz nümunəsini 15 iyul hadisələri zamanı gördük” – deyə, Prezident Ərdoğan əlavə edib.

Gununsesi.info