Xəbər verdiyimiz kimi, “Zirə”nin futbolçusu Mfo Kqasvane Bakının Səbail rayonunda dilənçilər tərəfindən qarət olunub. Onun cibindən 500 dollar və 15 manat pul oğurlanıb.
Gununsesi.org xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən afrikalı futbolçu hadisə barədə danışıb: “Belə bir hadisə baş verib. Mənə yaxınlaşıb qarşımda diz çökdülər və pul istədilər. Sonra necə oldusa, pul qabımı oğurlayıblar. Bundan heç xəbərim də olmayıb. Polisə şikayət etmişik, amma oğrular hələ tapılmayıb”.
Qeyd edək ki, faktla bağlı 9-cu Polis Bölməsi araşdırmalara başlanılıb.
Gununsesi.org