“Qasım Qasımzadə kartofla bişən xörəyi heç xoşlamırdı…” - NƏRİMAN QASIMOĞLU YAZIR

  • By admin
  • 01 Avqust 2017 23:42

qasim qasimzade

Qasım Qasımzadə kartofla bişən xörəyi heç xoşlamırdı, kartofdan zəhləsi gedirdi. Övladları isə, əksinə, xoşlayırdı, xüsusən də kartof qızartmasını.

Həyat yoldaşı Tamara xanım yemək masasına içində bişmiş kartof olan boşqabı gətirəndə təbəssümlə “eh, yenə də mənim bu sinfi düşmənim gəlib çıxdı qabağıma”.deyirdi. Biz də gülüşürdük. Nəyə işarə etdiyini bildiyimizə görə.

Məsələ burasında idi ki, Sovet dövründə Lenin haqqında təbliğat yazılarında “rəhbər”in məişətdə sadə davranışlarından, eləcə də guya kartofu sevdiyindən dəm vururdular.

Dəqiq deyə bilmirəm, bu, həqiqətmi idi, yoxsa o zamanlar ən ucuz qidalanma kartofla başa gəlirdi deyə bunu belə qələmə verirdilər ki, kasıb “zəhmətkeşlər”də Leninə rəğbət oyatsınlar.

Qasım müəllim də sovet hakimiyyətinin ilk illərində repressiyaya uğramış bir bəy nəslindən idi…

Nəriman Qasımoğlu,

Şərqşünas-alim

Gununsesi.info