“Qasım Süleymaninin öldürülməsi ilə bağlı yerində doğru qərar verdim” - TRAMP

  • By admin
  • 07 May 2020 14:51

“4 ay əvvəl Qasım Süleymaninin İraqda olduğu vaxt öldürülməsilə bağlı yerində çox doğru qərar verdim. İran da buna İraqdakı hərbi hissələrimizə raketlə hücum edərək qarşılıq verdi”.

Gununsesi.org xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Konqresin İranla bağlı qəbul etdiyi qanun layihəsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, demokratların təklifi ilə hazırlanan qanun layihəsində İrana qarşı ehtimal olunan hərbi əməliyyatların başladılmasının yalnız Konqresin razılığı ilə qəbul edilməsi təsbit edilib. Layihə Konqresdə qəbul edilərək təsdiq edilməsi üçün Ağ Evə göndərilsə də Tramp onu təsdiqləməkdən imtina edib və qanuna veto qoyub.

Tramp demokratları kəskin tənqid etməy də yaddan çıxarmayıb və təklifi “utancverici” adlandırıb:

“Bu layihə Demokratların Respublikaçıları parçalayaraq 3 noyabrdakı seçkilərdə qalib gəlmək məqsədlərinə xidmət edən çox utancverici bir layihədir. Bu qanunun əksinə olaraq İrana qarşı heç bir gücdən istifadə edilməmişdir. 4 ay əvvəl Qasım Süleymaninin İraqda olduğu vaxt öldürülməsilə bağlı yerində çox doğru qərar verdim. İran da buna İraqdakı hərbi hissələrimizə raketlə hücum edərək qarşılıq verdi”.

Tramp əlavə edib ki, general Süleymaniyə qarşı həyata keçirilən əməliyyat tamamilə hüquqi olub.

 

 

Gununsesi.org