Qasırğa 38 nəfərin canını alıb

  • By admin
  • 11 Mart 2017 07:16

qasirga

Madaqaskarda “Enavo” qasırğasının qurbanlarının sayı 38 nəfərə çatıb, 180 nəfər xəsarət alıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, təbii fəlakətlə əlaqədar 116 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumət 53 minə yaxın insan üçün müvəqqəti sığınacaq yerləri təşkil edib.

“Enavo” qasırğası Madaqaskarın şimal-şərq sahillərində fəsadlar törədib. Qeyd edək ki, təbii fəlakət zamanı küləyin surəti saatda 300 km-ə çatıb.

Gununsesi.info