Qasırğa Baham adalarını bu günə qoydu - FOTOLAR

  • By admin
  • 05 Sentyabr 2019 11:49

Xəbər verdiyimiz kimi, Baham adalarında günlərdir davam edən “Dorian” qasırğası 20 nəfərin həyatına son qoyub. Təbii fəlakət adalara ciddi zərər yetirib. 13 minə yaxın tikili dağılıb və ya su altında qalıb. Xüsusi ilə də Bahamın Böyük adası zərər çəkib. 50 minə yaxın insanın yaşadığı adanın, demək olar, 70%-i su altında qalıb.

Gununsesi.org qasırğanın hökm sürdüyü adadan fotoları təqdim edir: