
Ötən gecə Daşkəsəndə baş verən təbii fəlakət dağıntılara səbəb olub.
Gununsesi.info Kəpəz TV -yə istinadən xəbər verir ki, güclü küləklə müşayiət olunan qasırğa rayonda 10-dan artıq binanın və yaşayış evinin dam örtüyünü tamamilə dağıdıb.
2 saat ərzində davam edən qasırğa Daşkəsənin elektrik və rabitə təsərrüfatına da ciddi ziyan vurub. 50-dən artıq elektrik dirəyi aşıb, 500 metr məsafədə elektrik xəttləri qırılıb, rayonun Xoşbulaq kəndində ağacın aşması nəticəsində 1 avtomobilə ziyan dəyib.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Gununsesi.info