Qasırğanın növbəti hədəfi Çin və Tayvandır

  • By admin
  • 12 Sentyabr 2017 16:52

59b7d453aaa2e_Hurricane_160309

Çin və Tayvanda qasırğa təhlükəsi elan olunub.

Gununsesi.info-nun məlumatına görə, “Talim” qasırğasının yaxınlaşması ilə əlaqədar bu gün Tayvanda və Çinin şərqində – Çjeszyan və Fuszyan vilayətlərində yerli sakinlərə xəbərdarlıq edilib.

“Talim”in bu il Çinin sahil rayonlarını dağıdacaq 18-ci qasırğa olacağı bildirilir. Qasırğanın quruya sentyabrın 14 və ya 15-i çatacağı ehtimal edilir.

Sürətinin saniyədə 52 metr olacağı gözlənilən qasırğa ilə əlaqədar Fuszyan hakimiyyəti kütləvi təxliyəyə hazır olduğunu bəyan edib.

Gununsesi.info