Qatar gözləyən sərnişini relslərin üzərinə itələdi -ANBAAN VİDEO

ABŞ-ın Nyu-York şəhərində qatar stansiyasında platformada gəzən kişi naməlum şəxs tərəfindən relslərin üzərinə sıxışdırılıb. Həmin anlar stansiyanın təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunarkən stansiyaya yaxınlaşan qatar olmayıb və o, fəlakət ərəfəsində olub.

ABŞ-ın Nyu-York şəhərindəki qatar stansiyasında insanı düşündürən anlar yaşanıb. Ötən cümə günü Bruklin bölgəsindəki Myrtle-Wyckoff Avenues stansiyasında naməlum şəxs platformada gedən 32 yaşlı sərnişini relslərə itələyib.

Həmin anlar stansiyanın təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunarkən stansiyaya yaxınlaşan qatar olmayıb. Yerli vaxtla saat 14.40 radələrində baş verən hadisədən sonra açıqlama verən Nyu York Polis İdarəsi (NYPD) sərnişinin yaralandığını açıqlayıb.  (Turkustan.az)

Mənbə: haberler.com

Gununsesi.info