Qatar qəzaya uğradı

  • By admin
  • 28 İyul 2017 11:10

F318FA82-86F0-4D77-A14F-34B1EA2822B9_w1023_r1_s

İspaniyanın Barselona şəhərində qatar stansiyasında qəza meydana gəlib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Francia” stansiyasında qatarın relsdən çıxaraq aşması nəticəsində 48 nəfər yaralanıb.

Belə ki, əraziyə dərhal təcili tibbi yardım maşınları və yanğından mühafizə idarəsinin əməkdaşları cəlb edilib.

Xəsarət alanların bir hissəsini yerindəcə yardım göstərilib, 18-i isə xəstəxanaya yerləşdirilib. Yaralanlardan 5-nin vəziyyətinin isə ağır olduğu bildirilir.

Xöşbəxtlikdən qəza zamanı ölən olmayıb.

Qeyd edək ki, hazırda insidentin səbəbləri məlum deyil, araşdırma aparılır.

Anar
Gununsesi.info