Qatar qəzasında xəsarət alanların sayı 103 nəfərə çatıb

  • By admin
  • 04 Yanvar 2017 21:34

qatar-5

ABŞ-ın Nyu-York ştatının Bruklin rayonunda sərnişin qatarı relsdən çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alanların sayı 103 nəfərə çatıb.

Gununsesi.info “lefigaro.fr” saytına istinadla bildirir ki, yaralıların xəsarətlərinin ağırlıq dərəcəsi hələ ki, tam dəqiqləşməyib. Lakin yanğınsöndürənlərin məlumatına əsasən yaralıların heç biri ağır vəziyyətdə deyil.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Gununsesi.info