
Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, dəmir yolu xətti üzərində yatan kişini qatar vurub. Gecə saatlarında şəxsiyyəti hələ ki, məlum olmayan orta yaşlı kişi yatmaq üçün özünə dəmir yolu xəttinin üzərini seçib. Həmin rels ilə hərəkətdə olan qatarın maşinisti uzaqdan kişini görərək siqnal verməyə başlayıb. O, səsə oyanmayıb və nəticədə qatar kişinin üzərindən keçib. Qapalı kəllə-beyin travması alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Gununsesi.info