Gununsesi.info “Report”a istinadən  xəbər verir ki, Qala qəsəbəsində qatar dəmir və avtomobil yolunun kəsişdiyi yerdən keçən zaman yüksək sürətlə gələn “Mitsubishi” markalı maşın ona çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxana həkimlərinin verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Hüseynov Həsən Firdovsi oğlunun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Gununsesi.info