
“Hava çəraitinin pisləməsinə baxmayaraq, Azərbaycandan daxilə və xaricə hərəkət edən qatarların hərəkət istiqamətində hər hansı dəyişikliklər baş verməyib”.
Bu haqda Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verib.
Məlumatda bildirib ki, hava şəraitinin qarlı keçməsinə baxmayarqa, bütün qatarlar vaxtında qəbul edilib, yola salınacaq: “Hərəkətin rahatlığı üçün qar təmizləmə işləri həyata keçirilib. Sərnişinlərin hərəkətinin rahatlığı üçün stansiyalarda və vağzallarda qarın təmizlənməsinə mütamadi nəzarət edilir. Qatarların vaqonlarında istilik sistemi yoxlanılır, sərnişinlərin bu sarıdan narahatlığı yoxdur. Bakı-Sumqayıt elektrik qatarına gəlincə isə, tam rahatdır. Havalar pisləşdiyindən hazırda Bakı-Sumqayıt istiqamətində sərnişinlər daha çox bu nəqliyyat vasitəsindən istifadə edir. Qatarımız təzədir, eləcə də yollarda problem yoxdur. Problem baş verməsin deyə, nəzarəti də gücləndirmişik”-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info