Qatil evdən 43 min aparıb - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

  • By admin
  • 21 Fevral 2022 15:21

Dünən Bakıda ana və iki övladının vəhşicəsinə qətlə yetirilməsinin bir neçə təfərrüatı məlum olub. 

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, ailənin yaxın qohumu olan qatilin (qadının bacısının əri) 23 min manat borcu olub.

Belə ki, borcunu qaytarmaq istəyən Əhəd Əliyev çıxış yolu olaraq qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib.

Məlumat üçün bildirək ki, qətlə yetirilən Gülnar Qaraxanovanın əri TIR şoferi olub, onun ölkə xaricində olmasını öncədən bilən Ə.Əliyev hadisəni törədərək əslində evdən 20 min manat deyil, 43 min manat pul oğurlayıb. O, quldurluq yolu ilə ələ keçirdiyi puldan 23 minini borcunu bağlamaq üçün istifadə edib.

Həmçinin, o da məlum olub ki, Bakıda ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb. Yaxınalrının Report-a verdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Əhəd Əliyev təxminən 2007-2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb:

“O, Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər”.

Vurğulanıb ki, Əhəd Əliyevin fəaliyyətində nöqsanlara yol verdiyinə görə, həmin dövrdə işi məhkəmədə olub:

“Yazı işlərində qanunsuzluq etmişdi. Araşdırmalar aparıldı. Ödənişləri ödətdirdilər, işə xitam verildi”.

 

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları – 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu kirayədə yaşadıqları evdə bıçaqlanaraq qətlə yetirilib.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

İkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

 

Əhəd Əliyev

 

Lamiyə Qaraxanlı və Ataxan Qaraxanlı

 

 

Gülnar Qaraxanova

 

 

Gununsesi.info