Qatil türk əsilli şəxs çıxdı

  • By admin
  • 25 Sentyabr 2016 11:58

turk

ABŞ-ın hüquq-mühafizə orqanları Berlinqton şəhərindəki (Vaşinqton ştatı) ticarət mərkəzində beş nəfəri öldürməkdə şübhəli bilinən şəxsi həbs edib.

Bu barədə məlumat ştat polisinin Twitter səhifəsində dərc olunub.

Gununsesi.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fox News telekanalının məlumatına görə, tutulan şəxsin Türkiyə əsilli 20 yaşlı Arcan Çetin olduğu bildirilir.

Xatırladaq ki, naməlum şəxs ticarət mərkəzinə girərək ətrafa atəş açmağa başlamış, sonra isə hadisə yerindən qaçaraq gizlənmişdi.

qatil

Gununsesi.info