“Qatillərin hədəfi məhz qızım olub və o…” -Duqin

  • By admin
  • 28 Avqust 2022 14:12

Rus filosofu Aleksandr Duqin hesab edir ki, qatillərin hədəfi məhz onun qızı Darya Duqin olub və o, “rus ideyasının” və “pravoslav ideyasının” qurbanına çevrilib.

Gununsesi.info xəbər verir ki, bu barədə filosof Rusiyanın “Birinci Kanal”ının efirində danışıb.

Duqin aparıcının “Darya Duqin niyə öldürüldü?” sualını belə cavablandırıb: “Məsələ məhz “rus ideyası”ndadır. Rus ideyasına, dini ideyaya, pravoslav ideyasına, suveren ideyaya, xalqımızın, dövlətimizin qorunmasına görə…”.

İctimai xadim və jurnalist Darya Duqina avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojaysk şossesində avtomobilin partlaması nəticəsində dünyasını dəyişib. FTB bildirib ki, jurnalistin qətlində şübhəli bilinən şəxs iyulun 23-də qızı ilə Rusiyaya gələn Ukrayna vətəndaşı Natalya Vovkdur.

Gununsesi.info