Qaxda 12 yaşlı qızı sahibsiz it dişlədi

  • By admin
  • 29 Sentyabr 2019 09:40

Qaxda 12 yaşlı qıza it hücum edib.

Gununsesi.org xəbər verir ki, ötən gün axşam saatlarında N.Hikmət küçəsində yaşayan, 2007-ci il təvəllüdlü Aytən Adil qızı Məmmədovaya küçədə hücum edən sahibsiz it onun sol ayağını dişləyib.

Yaxınları Aytəni Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub və ambulator müalıcə üçün evə buraxılıb.

Gununsesi.org