Qaxda nəqliyyatın hərəkəti dayandırıldı

  • By admin
  • 07 İyun 2023 09:28

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Gununsesi.info Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə(AAYDA) istinadən xəbər verir ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir-neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.

Məlumatda deyilir ki, “Qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Gecə saatları olmasına baxmayaraq aparılan tədbirlər nəticəsində yollar boyunca hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub”.

Gununsesi.info