
Qaxda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.
APA-nın məlumatına görə, bu gün axşam saat 18 radələrində Qax şəhəri İçəribazar küçəsində yaşayan 1963-cü il təvəllüdlü Ələddin İbrahim oğlu Həsənov travmatik şok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.
MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 55 yaşlı Ələddin Həsənov idarə etdiyi minik maşını ilə qəzaya düşməsi məlum olub. Ələddin Həsənova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info