Qaxda şadlıq sarayının sahibi qəza törədib

  • By admin
  • 19 Sentyabr 2016 12:07

qax2

Gününsəsi.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun 26-cı kilometrliyində, yolun Qax şəhəri ərazisindən keçən hissəsində baş verib.Qax rayonunun Qıpçaq kənd sakini 45 yaşlı Araz Məmmədov idarə etdiyi A-353-XT-89 Rusiya dövlət nömrə-nişanlı “İnfiniti” markalı avtomobillə Qaxdan Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun sol tərəfinə aşırıb.Qəza nəticəsində avtomobil bir neçə dəfə aşıb və deformasiyaya uğrayıb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım maşını cəlb olunub.Qəza törədən sürücünün xəsarətləri yüngül olduğundan xəstəxanaya getməkdən imtina edib.Qeyd edək ki, Araz Məmmədov Qax rayonunun Qıpçaq kəndində yerləşən və öz adını daşıyan “Araz” şadlıq sarayının rəhbəridir.Faktla bağlı araşdırma aparılır.

HTML tutorial

qax3

qax1

qax

Gününsəsi.info