
Gününsəsi.info xəbər verir ki, hadisə səhər saatlarında Cəlal Kamil oğlu Bayramova məxsus “Qax Su” mineral suları istehasalı müəssisəsində qeydə alınıb. Dərhal əraziyə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Qısa zaman kəsiyində yanğın söndürülüb və genişlənərək su istehsal müəssisəsinə keçməsinin qarşısı alınıb. Lakin müəssisənin ərazisində ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 90 kvadratmetrlik tikilinin tavan hissəsində taxta və lambir hissəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.
Gününsəsi.info