Qaxda sürücülər cərimələndi

  • By admin
  • 20 Fevral 2022 14:10

Şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər aşkarlanıb.

Yol verdikləri qayda pozuntuları onlara izah olunub və həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.

Gununsesi.info