Qaxda üç uşaq anası dəm qazından zəhərlənib

  • By admin
  • 29 Noyabr 2016 19:49

demqazi

 

Qaxda üç uşaq anası dəm qazından zəhərlənib.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində baş verib.

1979-cu il təvəllüdlü Şəlalə Sahib qızı Əsgərova koma vəziyyətində  zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, üç uşaq anası olan Ş. Əsgərova qonşuları tərəfindən yaşadığı evin hamam otağında huşsuz vəziyətdə aşkarlanıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ş. Əsgərovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info