Qaxda yol qəzası baş verib, ölən və yaralananlar var – YENİLƏNİB - FOTO

  • By admin
  • 05 Mart 2018 21:55


Qax rayonunun Alatəmir kəndində “Volkswagen” markalı avtomobillə “VAZ-21011” markalı minik maşını toqquşması nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.

“Report”un yerli bürosu xəbər verir ki, yaralıların 3-nün vəziyyəti ağirdir.

***20:31

Qax rayonunda ağır yol qəzası baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb.

Belə ki, “Volkswagen” markalı avtomobillə “VAZ-21011” markalı minik maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 3-dən çox insan ağır xəsarət alıb.

 

Gununsesi.info