Qaxda yol tikintisinə bu qədər vəsait ayrıldı

Prezident İlham Əliyev avqustun 25-də “Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, Sərəncama əsasən, Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 687 min manat ayrılıb.

HTML tutorial

Gununsesi.info