Qayda pozuntusundan 2 il sonra cərimə gəldi - VİDEO

  • By admin
  • 10 İyun 2016 23:50

cerime shekil

Nəzər Sadıxov adlı vətəndaş elektron kabinetinə gələn protokoldan narahatdır. O üstündən iki il keçmiş qayda pozuntusuna görə cərimə ödəməli olub-olmadığını bilmir. Gununsesi.info xəbər verir ki, bu məsələ baş verən qayda pozuntuları haqqında tərtib edilən protokolların mərkəzi informasıya sistemi, eləcə də sürücülərin elektron kabinetinə daxil edilməsi müddətini gündəmə gətirir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə,bu bir başa məlumatı sistemə daxil edən polis operatorlarının məsuliyyətsizliyindən qaynaqlanır. Ekspertin sözlərinə görə istər köhnə, istərsə də yeni inzibati xətalar məcəlləsində tərtib edilmiş protokollara xitam verilməsi müddəti açıq aydın göstərilib.

Məsələyə münasibət bildirən baş dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, həmin sürücü ilə bağlı bazada olan məlumatlar asan ödəniş sisteminə də əlavə edilib. Amma inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti bitdiyinə görə sürücü cərimə ödəməməlidir.    (xezerxeber.com)

 

https://www.youtube.com/watch?v=y2ymJXdqunI