Qaydasız döyüşə tamaşaçılar da qatıldı, salon qarışdı: yumruqlar, təpiklər, kəfillər havada uçuşdu – VİDEO

  • By arzu
  • 31 Yanvar 2020 18:09

Rusiyanın paytaxtı Moskvada MMA turnirinin iştirakçıları arasında kütləvi dava baş verib. Xəsarət alanlar və zərərçəkənlər var.

Bu barədə BAZA “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, baş verənlərə görə təşkilatçılar polisə ərizə ilə müraciət edib. Davanın başlanma səbəbi məlum deyil.

Təşkilatçıların sözlərinə görə, qarşıdurma zamanı “Vityaz-Noqinsk” klubunun idmançısı döyülüb. O, başından xəsarət alıb. Həmçinin, başqa bir idmançının telefonu oğurlanıb.

Polis təhqiqata başlayıb.

 

Gununsesi.org