Qayınanası ilə evləndi, xərcləri qayınatası ödədi

Hindistanda qəribə hadisə baş verib. Belə ki, kişi həyat yoldaşı öldükdən sonra qayınanası ilə münasibət qurmağa başlayıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Hindistan mətbuatı yayıb.

Xəbərə görə, iki uşaq atası 45 yaşlı Sikəndər Yadav bir neçə həftə əvvəl həyat yoldaşını itirib. Ağrılı itkidən sonra tək qalan Yadav uşaqları ilə birlikdə həyat yoldaşının anası Gitanın yanına köçüb və orada yaşamağa başlayıb.

Qısa müddətdən sonra cütlük gizli eşq yaşamağa başlayıb. Lakin tezliklə kənd camaatı bu gizli sevgidən xəbərdar olublar.

Bir müddət sonra qadının əri onların münasibətlərini öyrəndikdən sonra gizlicə izləməyə başlayıb.

Qısa müddətdən sonra ikiliyi yaxalayan və kənd bələdiyyəsinə şikayət edən şəxs tədbir görülməsini istəyib.

Bələdiyyə cütlüyün bir yerdə olmasına heç bir maneənin olmadığını və tezliklə evlənmələrini bildirib.

Qadının əri bu vəziyyətə etiraz etməyib və toy xərclərini öz üzərinə götürüb.

Cütlüyün toy videosu qısa zamanda trend mövzusuna çevrilib.

Qayınata toyu təşkil etdiyinə görə çox xoşbəxt olduğunu bildirib.

Hindistan mətbuatı da toydan sonra ər-arvadın ayrı evə köçdüklərini və indi uşaqları ilə orada yaşayacaqlarını yazıb.

Qeyd edək ki, Hindistanın yerli mətbuatındakı bu xəbər bütün dünyada trend mövzusuna çevrilib.

 

 

 

Gununsesi.info