Qayınatasını bıçaqlayaraq öldürdü – Lənkəranda

  • By admin
  • 22 Mart 2018 21:05


Qayınatası Şirzad Əmənovu qətlə yetirən Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 21-də Lənkəran şəhərində yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən R.İsmayılov saxlanılıb.

 

Gununsesi.info