
30 yaşlı oğlan batmaqdan son anda qurtulub.
Gununsesi.org xəbər verir ki, hadisə Kür çayının Mingəçevirdən keçən hissəsində qeydə alınıb.
Şəhər sakini Vasif Əmirov qəfil çaya yıxılıb, üzə bilmədiyindən boğulma təhlükəsi ilə üzləşib. Bu zaman onun batdığını görən qayıqçılardan biri suya atılaraq sudan çıxarıb.
Xilas edilən şəxs xəstəxanaya çatdırılıb. V. Əmirova tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.
Gununsesi.org