Qaynanası ilə dalaşan gəlin iki uşağını öldürüb, özü isə intihara cəhd etdi - FOTOLAR

  • By admin
  • 10 Aprel 2018 10:30

Türkiyədə dəhşətli cinayət hadisəsi törədilib.

Gununsesi.info “Haberler”ə istinadla xəbər verir ki, Qaziantepdə ərinin valideynləri ilə birlikdə yaşayan 23 yaşlı Özlem K. iki övladını bıçaqlayaraq öldürüb, sonra 2-ci mərtəbədən özünü ataraq intihara cəhd edib.

Hadisəyə səbəb onun qayınanası ilə dalaşması olub. Qadının iki uşağı ölüb, özü isə yaralı vəziyyətdə xəstəxanada müalicə alır.

Gununsesi.info