Qaynatasını döyən dünya çempionunun daha bir cinayəti üzə çıxdı

  • By admin
  • 23 Avqust 2019 09:33
Qaynatasına beşbarmaqla xəsarət yetirən kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun daha bir cinayət əməli üzə çıxıb. Criminal.az xəbər verir ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir. E. Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.
Qaynatası döyməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Criminal.az saytının əldə etdiyi məlumata görə, idmançı daha bir cinayətdə ittiham olunur. Cinayət işinə hazırda Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmrəliyevin icraaatında baxılır.
E.Məcidov Cinayət Məcəlləsinin 294-cü (sübutların saxtalaşdırılması) maddəsi ilə ittiham olunur.
Gununsesi.org