Qaz itkisini azaldacağıq -Ruslan Əliyev

  • By admin
  • 08 İyul 2022 14:03

Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin azalma həcmi 80 milyon kubmetrədək olub.

Gununsesi.info xəbər verir ki,bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 3 % azdır. Ruslan Əliyev qeyd edib ki, 2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin 7,4 % olub. Bu ilin sonunda qaz itkilərinin həcmini 6 %-ə qədər azaldılması nəzərdə tutulur.

Gununsesi.info