Qaz layihələrinə Azərbaycan 8 milyard dollar xərcləyəcək -  İLAHAM ŞABAN

  • By admin
  • 22 İyul 2017 14:37

qaz

“Cənubi Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətin  dövlət mülkiyyətində olan payının maliyyələşməsi üçün bu il Dövlət Neft Fondundan heç bur vəsait ayrılmayıb.

Gununsesi.info bunu Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Dövlət Neft Fondu tərəfindən Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 1 232,1 milyon ABŞ dolları (51%) vəsaiti ayrılıb. Lakin 2017-ci ilin ilk 6 ayı ərzində İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün müraciət edilmədiyindən sözügedən rüb ərzində Dövlət Neft Fondu tərəfindən layihəyə vəsait nəzərdə tutulmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədiləAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi Dövlət Neft Şirkətinə məxsus  olan “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyəti (Cəmiyyət) təsis edilib.

Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) həvalə edilib. Həmin səhmlərüzrə dividendlər Dövlət Neft Fonduna köçürüləcəkdir.

Ümumilikdə, bu layihəyə bütün mənbələrdən nə qədər vəsait xərclənib?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edirki, ictimaiyyətin nəinki bir xeyli savadlı hissəsi, hətta enerji və maliyyə ilə bu və ya digər səviyyədə əlaqəli olan şəxslər belə bu günə qədər Azərbaycanın “Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirməsi məsələsini düz-əməlli bilmir: “ Bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri kimi mən onu görürəm ki, 2014-cü ilin 25 fevralında Prezidentin 287 N-li Sərəncamı ilə yaradılmış”Cənub Qaz Dəhlizi” QSC-nin indiyə qədər saytı yoxdur. Baxmayaraq ki, bu QSC-də çox bacarıqlı kadrlar çalışır və CEO-suna söz ola bilməz.

Subyektiv məsələyə gəlincə, onu qeyd etmək istərdim ki, 2014-cü ildə SOCAR-ın payının maliyyələşdirilməsinin heç də sadə olmayan bir mexanizmi qurulub. Yəni QSC yaradılıb ki, onun səhmlərinin 51%-i dövlətə (dövləti İqtisadiyyat Nazirliyi təmsil edir), 49%-i isə SOCAR-a məxsusdur. Əslində, QSC səhmlərinin 100%-i dövlət nəzarətindədir. Cənub Qaz Dəhlizi” QSC 3 layihənin maliyyələşdirilməsini həyata keçirir: “Şahdəniz-2, TANAP  və TA..

Azərbaycanın bütün bu layihələrdə ümumi maliyyə yükü $12 mlrd ətrafında qiymətləndirilə bilər (bu, avronun kursundan daha çox asılı olacaq, ikincisi, TAP-ın tikinti xərclərinin əsas hissəsi 2018-2019-cu ilə təsadüf edəcək, yəni bu amilləri nəzərə almaq gərəkdir)”.

İ.Şaban deyir ki, 2016-cı ilin yekunlarına görə, Azərbaycan öz üzərinə düşən maliyyə öhdəliklərinin 50%-ni artıq həyata keçirib: “Yəni 6 mlrd. dollar  vəsaiti biz layihələrə yönəldə bilmişik.  (həm nəğd, həm kredit resursları, həm də buraxılan bondlar hesabına). 2014-2016-cı illərdə Neft Fondundan 1 mlrd 530,2 mln AZN və ya $1.7 mlrd-lıq vəsait QSC-ə investisiya edilib. Neft Fondu bunu əvəzsiz etmir, layihə gəlir gətirəndən sonra dividendləri Fonda qayıdacaq..

“Cənub Qaz Dəhlizi” QSC layihələrin maliyyələşdirilməsi üçün Dünya Bankından Libor+1% stavkası ilə (30 il müddətinə) 400 mln. dollar vəsait TANAP-a cəlb edib. Bundan əlavə Asiya İnkişf Bankı 15 il müddətinə (2020-dən hesablanır) 500 mln. dollar kredit ayırdı və 526 mln-luq sindikatlaşdırılmış kredit cəlb edilməsinə qarant verib. Cari ildə də $1 mlrd-a yaxın kreditin alınması başa çatmalıdır. Yəni bu layihələrin icrası üçün Azərbaycan təqribən 8 mlrd. dollar nəğd vəsait xərcləməli olacaq”.

Ekspertin fikrincə, layihənin rentabelliyinə azacıq şübhə olardısa, kreditlərin verilməsində sərt qaydalar olardı: “Şahdəniz-2” layihəsinin rentabelliyini hesablayarkən müşahidə edirəm ki, ancaq oradan satılacaq qaz həcmləri ilə kifayətlənirlər. “ Şahdəniz 2”dən ildə 4 mln ton kondensat hasil ediləcək, bunu yaddan çıxarırlar. İkincisi, “Şahdəniz-1” layihəsinin həddən artıq rentabelliyini ümumiyyətlə nəzərə alınmır, axı bu layihə boyu hələ 10 il müddətində ildə 10 milyard m3 qaz və 2 mln tondan az olmayaraq kondensat hasilatı nəzərdə tutulub. Onun maya dəyəri kifayət qədər aşağıdır, çünki 1 quyunun debitinin stabil 2 mlrd m3 olması böyük uğurdur. Üçüncüsü, qazın neftdən bir fərqi var ki, nəqletmə xərcləri böyükdür.  Ancaq nəqletmə şirkətlərinin hamısında Azərbaycan təmsil olunanda və buradan qazanc əldə edəndə onun qaz biznesindən gəlirləri təbii ki, daha çox olasıdır”.

Vüsalə Rüstəmova

Gununsesi.info