Qaz sayğacları sıfırlandı?

31 dekabrdan 1 yanvara keçən gecə qaz sayğaclarında sıfırlanma olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin məlumatında bildirilib.

Belə ki, smart kart tipli sayğaclar 31 dekabrdan 1 yanvara keçən gecə saat 00:00-dan etibarən avtomatik olaraq yenilənib.

Bu gündən həmin abonentlər üçün ödəniş 1200 kubmetrlik istifadə limitinə əsasən 12 qəpikdən həyata keçiriləcək.

Mexaniki sayğaclardan istifadə edən abonentlərdə isə yenilənmə 5-6 yanvaradək reallaşacaq.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurası təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinə dair qərar qəbul edib. Qərara əsasən, əhalinin illik qaz istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpik edilib.

Əhali üçün illik qaz istehlakının 1200-2500 kubmetrədək olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox istifadə üçün isə 25 qəpik müəyyənləşdirilib.

 

Gununsesi.info