Qazax əlifbasının yeni versiyası-FƏRMAN İMZALANDI

Qazaxstan prezidenti Nursultan Nazarbayev də  latın qrafikası əsasında  hazırlanan Qazax əlifbasının yeni versiyası barədə müvafiq  fərman imzalayıb.
Gununsesi.xəbər verir ki, bu barədə Qazaxstan prezidentinin rəsmi saytı məlumat yayıb.
2017-ci ilik oktyabrında Nazarbayev  Qazax əlifbasının latın qrafikasına keçməklə bağlı fərman imzalayıb. Fərmana əsasən 32 hərfdən ibarət  əlifba hazırlanıb və burada apastrof yoxdur. Ölkə başçısı artıq yeni versiyanı təsdiq edib. Yeni əlifbaya keçid 2025-ci ilədək başa çatmalıdır.  2021-2023-cü illərdə  Qazaxstan hakimiyyəti vətəndaşlarına yeni əlifba ilə hazırlanan  sənədlər verməyə  başlayacaq.  2024-25-ci illərdə isə artıq yeni əlifba əsasında rəsmi idarələrdə kargüzarlıq işləri aparılmağa başlanacaq. KİV orqanları və ümumiyyətlə yeni əlifbaya keçid  tamamilə təmin ediləcək.
Gununsesi.info

COMMENTS